XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu
İdman 17:59 / 10.08.2024

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024-də bu gün final çıxışlarını nümayiş etdirib. Finala çıxmaqla adını dünyanın ən güclü 8 komandası sırasına yazdıran millimiz bu gün final mərhələsini 5-ci sırada başa vurub. Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar. Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər. Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub.


12191 oxunub

InvestAZ