XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yığmanın voleybolçuları karyeralarını başa vurdular
İdman 11:25 / 10.08.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində Braziliyanın kişilərdən ibarət voleybol komandası 1/4 finalda ABŞ millisinə uduzub. Bu məğlubiyyətdən sonra komandanın üç futbolçusu - Bruno Resende, Lukas Saatkamp və Yoandi Leal milli komanda karyeralarını bitirdiklərini açıqlayıblar.

"Mən bacardığım qədər mübarizə apardım... Bu 18 il ərzində mənim ən böyük qürurum həmişə bu formanı geyinmək və ölkəmi təmsil etmək olub. Xəyallarımda belə, beş dəfə Olimpiya Oyunlarında iştirak edəcəyimi, üç Olimpiya medalı və hər cür titul qazanacağımı heç təsəvvür etməzdim. Mən Tanrıya və bu macərada məni hər gün ruhlandıran bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərimə çox minnətdaram ”, - deyə Rezende yazıb.

"Milli komandada 19 il tətilsiz oynadım. Səkkiz il oğlumun ad günündə iştirak etmədim. Bir sözlə evdən didərgin düşdüm. Yeni nəsil gəlir, növbəni onlara verməyin vaxtıdır”, - deyə Saatkamp bildirib.


19283 oxunub

InvestAZ