XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024-ün ən gözəl idmançısı barədə şaiyələr gəzir
İdman 20:35 / 08.08.2024
Paris-2024 Yay Olimpiya Oyunlarının ən gözəl idmançısı adlandırılan paraqvaylı üzgüçü Luana Alonsonun Olimpiya kəndini tərk etməsi ilə bağlı məlumatlar yayılıb. İdmançı bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. "Xahiş edirəm, yalan məlumat yaymağı dayandırın. Mən heç yerə getməmişəm və məni də buna heç kim məcbur edə bilməz. Yalanların mənə təsir etməsinə icazə verməyəcəyəm”, - deyə Alonso öz sosial şəbəkə hesabında bildirib.
Məlumat üçün bildirək ki, Alonso 100 metr məsafəyə batterflay usulu ilə üzmə yarışında iştirak etsə də, təsnifat mərhələsində mübarizədən kənarda qalıb. Bu uğursuzluqdan sonra idmançı komanda rəhbərliyinə əvvəlcədən xəbər vermədən karyerasını bitirdiyini açıqlayıb. Alonsonun sözlərinə görə, o, Olimpiadaya getməzdən əvvəl çıxışlarını dayandırmaq qərarına gəlib. Mətbuatın yazdığına görə, Alonso artıq ABŞ-a qayıdıb.

18724 oxunub

InvestAZ