Əliabbas Rzazadə və Osman Nurmaqomedov Paris-2024-ü medalsız başa vurdu
İdman 21:00 / 08.08.2024
Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarını medalsız başa vurublar. Buna səbəb hər iki idmançımızın məğlub olduğu rəqiblərin finala vəsiqə qazana bilməməsi olub. Qeyd edək ki, Ə.Rzazadə 1/8 finalda Özbəkistan təmsilçisi Qulomjon Abdullayevə, Osman Nurmaqomedov isə san marinolu Maylz Aminə məğlub olub.
18057 oxunub