XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Olimpiya Evində beynəlxalq idman təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib
İdman 11:06 / 08.08.2024
Avqustun 7-də Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində bir sıra ölkələrin Olimpiya nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələləri ilə görüşlər keçirilib.
Tədbirdə Paris-2024-də gümüş medal qazanan taekvondoçumuz Qaşım Maqomedovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb.
Olimpiya Oyunlarında idmançılarımızın yarışlarını geniş işıqlandıran Azərbaycan media nümayəndələri - Şəmsəddin Abbasovun (CBC TV), Elmir Əliyevin (haqqin.az) və Dilavər Nəcəfovun (AGİN) doğum günləri qeyd olunub. Tədbir iştirakçıları jurnalistləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsi müğənni Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
22457 oxunub

InvestAZ