XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qaşım Maqomedova Paris-2024-ün gümüş medalı təqdim edildi
İdman 01:00 / 08.08.2024

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində taekvondo yarışlarının ilk günündə medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib. Mərasimdə ikinci yeri tutan idmançımız Qaşım Maqomedova (58 kq) Paris-2024-ün gümüş medalı təqdim edilib.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan takevondoçumuz ardıcıl olaraq irlandiyalı Cek Uolleyə, ispaniyalı Adrian Visenteyə və italiyalı Olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşü zədə səbəbindən başa vura bilməyən idmançımız gümüş mükafata sahib çıxıb.
Bu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra taekvondo yarışlarında qazandığı ikinci medaldır. Buna qədər isə Rio-2016 Yay Olimpiya Oyunlarında Radik İsayev (+80 kq) qızıl medal qazanmışdı.


21137 oxunub

InvestAZ