XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün dörd idmançımız Paris-2024-də mübarizə aparacaq
İdman 00:16 / 08.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Avqustun 8-də Azərbaycan komandasının iki idman növü üzrə dörd təmsilçisi mübarizə aparacaq.

Yarışlara ilk olaraq bədii gimnastımız Zöhrə Agamirova başlayacaq. Fərdi çoxnövçülük üzrə yarışlarda çıxış edəcək gimnastımız Bakı vaxtı ilə saat 12:00-dan etibarən təsnifat mərhələsində mübarizə aparacaq.

Təmsilçilərimizdən Həsrət Cəfərov (67 kq) yunan-Roma güləşi üzrə keçirilən yarışların son günündə bürünc medal uğrunda görüşə çıxacaq. Üçüncü yer uğrunda görüşlər Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Sabah həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına da start veriləcək.

İlk yarışgünündə iki idmançımız Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) xalça üzərinə çıxacaq.

Pəhləvanlarımızdan Əliabbas Rzazadə ilk mərhələdə özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşacaq. Osman Nurmaqomedovun isə ilk rəqibi monqolustanlı Baasanyarqal Byambasuren olacaq. Hər iki təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.


20330 oxunub

InvestAZ