XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçumuz Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı
İdman 00:06 / 08.08.2024

Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. Bu uğura taekvondo yarışlarının ilk günündə mübarizə aparan idmançımız Qaşım Maqomedov nail olub.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleyə, növbəti mərhələdə isə ispaniyalı Adrian Visenteyə qalib gəlib. Yarımfinalda italiyalı Olimpiya çempionu Vito Dellakvilanı da məğlub edən taekvondoçumuz həlledici görüşə vəsiqə qazanıb. Final görüşündə idmançımızın rəqibi ötən il Bakıda keçirilən dünya çempionatının qalibi cənubi koreyalı Park Tae-Jun olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əvvəllərində zədələnən idmançımız görüşü sona qədər davam etdirə bilməyib. Beləliklə, taekvondoçumuz Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Bununla da Azərbaycan komandasının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 3-ə çatıb. Əvvəlki yarış günlərində cüdoçularımız Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) qızıl medal qazanaraq Olimpiya çempionu adını qazanıblar. Boks yarışlarında ölkəmizi təmsil edən Alfonso Dominqes (92 kq) isə finala vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin edib.


18439 oxunub

InvestAZ