İdman 21:58 / 06.08.2024
Qadın güləşçimizMariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarını medalsızbaşa vurub.
Buna səbəb 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibiMonqolustan təmsilçisi Otqonjarqal Dolqorjavanın finala vəsiqə qazana bilməməsi olub. O, yarımfinalda ABŞ-lıSara Hildebranta uduzub. Beləliklə, dördqat Olimpiya mükafatçımız iştirak etdiyi beşinci olimpiadasını mükafatsız başa vurub.
Qeyd edək ki, M.Stadnik 1/8 finaldaalmaniyalı Anastasiya Blavyasa qalib gəlsə dəmonqolustanlı Otqonjarqal Dolqorjava məğlub olub.