XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Bu gün üç güləşçimiz və bir taekvondoçumuz mübarizə aparacaq
İdman 00:55 / 07.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan komandasının 4 idmançısı Oyunlarda mübarizə aparacaq. Təmsilçilərimizdən üçü yunan-Roma güləşi, biri isə taekvondo yarışlarında qüvvəsini sınayacaq. Taekvondo yarışlarında ölkəmizi Qaşım Maqomedov təmsil edəcək. 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşacaq. İlk mərhələnin görüşlərinə Bakı vaxtı ilə saat 11:48-də start veriləcək.

Yunan-Roma güləşi yarışlarında isə iki idmançımız Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) 1/8 final görüşünə çıxacaq. H.Cəfərov ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşacaq. Rafiq Hüseynov isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. 1/8 final mərhələsinin görüşlərinə Bakı vaxtı ilə saat 11:30-da start veriləcək. Axsam seansında isə yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Sənanın rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Bürünc medal uğrunda görüşlərə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.


21972 oxunub

InvestAZ