XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Anna Skidan Paris-2024-ü yeddinci pillədə başa vurdu
İdman 23:04 / 06.08.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında atletikanın çəkicatma növü üzrə final mərhələsinin qalibləri müəyyənləşib.

Təsnifat yarışlarında 72,55 m nəticə ilə 32 atlet arasında 6-cı olan atletimiz Anna Skidan da final mərhələsində mübarizə aparıb. 12 idmançının yer aldığı final mərhələsində atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirən ilk "səkkizliy”ə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarında yeddinci yeri tutub.

Yarışın qalibi adını isə 76,97 m göstərici ilə hamını qabaqlayankanadalı Kemrin Rocers qazanıb.

Qeyd edək ki, özünün üçüncü olimpiadasında iştirak edən Anna Skidan Rio-2016 və Tokio-2020-də final mərhələsinə yüksələ bilməyib.


19129 oxunub

InvestAZ