İdman 15:01 / 06.08.2024
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarının ikinci gününə start verilib. Yarşların ikinnci günündə yunan-Roma güləşçimiz Sənan Süleumanov (77 kq) və Mariya Stadnik (50 kq) xalça üzrəinə çıxıblar. Təmsilçilərimizdən Sənan Süleymanov 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyanı, növbəti mərhələdə isəmacarıstanlıZoltan Levaylı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Onun yarımfinaldakı rəqibiqazaxıstanlı Demeu Zadrayev olacaq.
Qadın güləşçimiz Mariya Stadnik isə ilk mərhələdə almaniyalı Anastasiya Blavyasa qalib gəlsə də 1/4 finalda monqolustanl ıOtqonjarqal Dolqorjava uduzub. Rəqib idmançı finala çıxarsa, Mariya Stadnik sabah təsəlliverici görüşdə iştirak etmək şansı qazanacaq.
Qeyd edək ki, güləş yarışılarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov da canlı izləyir.