XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ümumdünya Taekvondo Federasiyasının prezidenti Azərbaycan Olimpiya Evində olub
İdman 12:23 / 06.08.2024

Parisdə fəaliyyət göstərən Azərbaycanın Olimpiya Evində avqustun 5-də beynəlxalq taekvondo ailəsi ilə görüş olub. Tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər.

Qonaqlar burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə görüşüblər.

Görüş zamanı Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou Azərbaycanda bu idman növünün böyük inkişafa nail olmasından danışıb: "Azərbaycanda taekvondonun inkişafından çox razıyam. Sizin ölkə bizim idman növünə çox böyük diqqət və qayğı göstərir. Azərbaycan taekvondo üzrə bir çox mötəbər yarışlara ev sahibliyi edib. Sizin məktəbin yetirmələri bir çox nüfuzlu, dünya səviyyəli yarışların qalibi və mükafatçısı olub. O cümlədən Olimpiya Oyunlarının qalibi və medalçısı da olmağı bacarıb. Paris-2024 Olimpiya Oyunlarında taekvondo yarışlarından maraqlı və gərgin mübarizə gözləyirəm”.

Görüşdə Azərbaycan Respublikasının Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Leyla Abdullayeva, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və digər şəxslər də iştirak ediblər.


20803 oxunub

InvestAZ