Mariya Stadnik Paris-2024-ə qələbə ilə başladı
İdman 14:35 / 06.08.2024
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir. Bu gün qadın güləşi üzrə keçirilən yarışlarda xalça üzərinə dördqat Olimpiya mükafatçımız Mariya Stadnik çıxıb. 50 kq çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz 1/8 finalda almaniyalı Anastasiya Blavyasla qarşılaşıb. Görüşü 6:2 hesablı qələbə ilə başa vuran güləşçimiz 1/4 finala vəsiqə qazanıb.
19359 oxunub