Paris-2024: Güləşçimiz 1/4 finala vəsiqə qazandı
İdman 14:46 / 06.08.2024
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir. Bu gün yunan-Roma güləşi uzrə yarışlarda mübarizə aparan daha bir idmançımız - Sənan Süleymanov (77 kq) xalça üzərinə çıxıb. 1/8 final mərhələsindən yarışlara start verən idmançımızın ilk rəqibi Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyan olub. Görüşün əvvəllərində zədələnməsinə baxmayaraq, idmançımız sona qədər əzmkarlıq göstərərək rəqibinə qalib gəlməyi bacarıb -0:2.
Beləliklə, idmançımız bu qələbə ilə 1/4 finala vəsiqə qazanıb.
19229 oxunub