XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Güləşçimiz yarımfinala vəsiqə qazandı 
İdman 18:41 / 05.08.2024

Yunan-Roma güləşçimiz Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. 130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb. Rəqibinə qalib gələn (4:0) Sabah Şəriəti yarımfinala vəsiqə qazanıb. Güləşçimiz finala gedən yolda kubalı Mixain Lopeslə qarşılaşacaq.

Qeyd edək ki, idmançımız 1/8 finalda estoniyalı Heyki Nabiyə qalib gəlmişdi.


18999 oxunub

InvestAZ