XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya çempionlarımız Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
İdman 18:08 / 05.08.2024

Paris-2024Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,Olimpiya çempionlarımız Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.


18878 oxunub

InvestAZ