XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Sabah Şəriəti 1/4 finala vəsiqə qazandı
İdman 17:33 / 05.08.2024

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarına start verilib. Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayıblar. Güləş yarışlarının ilk günündə klassiklərimizidən Sabah Şəriəti xalça üzərinə çıxıb. 130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/8 finalda estoniyalı Heyki Nabi ilə qarşılaşıb. İdmançımız rəqibinəsonuncu xal (1:1) prinsipi ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün digər yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kq) mübarizəyə başlayacaq.Onun 1/8 finaldakı ilk rəqibi venesuelalı Rayber Joze Rodrigez Orosko olacaq.




22928 oxunub

InvestAZ