XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Anna Skidan Paris-2024-ün final mərhələsinə vəsiqə qazandı
İdman 14:51 / 04.08.2024
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Komandamızı bu idman növündə təmsil edən Anna Skidan daolimpiadada mübarizəyə qoşulub. Çəkicatma növündə mübarizə aparan atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. 32 yaşlı idmançımız üçüncü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub. Beləliklə, Anna Skidan Paris-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyənləşəcək.
19855 oxunub

InvestAZ