XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Anna Skidan Paris-2024-də mübarizəyə başladı
İdman 13:04 / 04.08.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Komandamızı bu idman növündə təmsil edən Anna Skidan da olimpiadada mübarizəyə start verib. Atletikanın çəkicatma növündə çıxış edən 32 yaşlı təmsilçimiz təsnifat mərhələsinə A qrupundan başlayıb. Dünya reytinqinin 7-ci pilləsində qərarlaşan idmançımızın ilk cəhdi 69,58, ikinci cəhdi isə 69,04 metr olub.Anna Skidan üçüncü cəhdində isə 72,55 m nəticə göstərib.Təmsilçimiz hazırda bu nəticə ilə A qrupunda üçüncüdür.B qrupunda çıxış edən idmançıların nəticələrindənsonra Anna Skidanın final mərhələsinə vəsiqə qazanmasımüəyyənləşəcək.

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanmaq üçün ilk 12 yeri tutmaq lazımdır.



20490 oxunub

InvestAZ