XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zelim Kotsoyev: "Vətənə qızıl medalla dönmək qürurverici hissdir"
İdman 09:55 / 04.08.2024

"Duyğularımı sözlə ifadə etmək çətindir”.

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib. -100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: "Sevincimdən üç gündür ki, yata bilmirəm. Özümü çox yaxşı hiss edirəm. Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Yarışa səkkizdəbir final mərhələsindən start verən Zelim Kotsoyev birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə gürcüstanlı İlya Sulamanidzeyə qalib gələn təmsilçimiz Olimpiya çempionu adını qazanıb.



18259 oxunub

InvestAZ