XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: İdmançılarımız bu gün üç idman növündə mübarizə aparacaqlar 
İdman 09:27 / 04.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycanın daha üç idmançısı olimpiadada mübarizə aparacaq. Təmsilçilərimiz atletika, atıcılıq və boks yarışlarında qüvvələrini sınayacaqlar. Mübarizəyə ilk olaraq atıcımız Ruslan Lunyov başlayacaq. O, 25 metr məsafədən atəşaçmada yarışacaq. Atıcılıq yarışlarında təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 11:00-da start veriləcək.

Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq. İdmançımızın çıxış edəcəyi aletika yarışları saat 12:20-də başlayacaq.

Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq. İdmançımız Bakı vaxtı ilə 15:08-də başlayacaq döyüşdə qələbə qazanacağı təqdirdə finala vəsiqə əldə edəcək.


19281 oxunub

InvestAZ