XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Basketbol millimiz medallar uğrunda mübarizəni dayandırdı
İdman 21:50 / 03.08.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən qadınlardan ibarət 3x3 basketbol millimiz Pley-inə vəsiqə qazana bilməyib. Qrupu 7-ci pillədə başa vuran basketbolçularımız Paris-2024-də medallar uğrunda mübarizəni dayandırıb. Belə ki, ABŞ komandasınınÇin millisinə qalib gəlməsinə(14:12) baxmayaraq, asiyalılar12 xal topladıqlarına görə, yığmamızı 1 top fərqi ilə üstələyiblər. Bununla da Çin yığmasının6-cı pilləni tutaraq Pley-inə vəsiqə qazanması yığmamızın növbəti mərhələ şanslarının üstündən xətt çəkib.

Məlumat üçün bildirək ki, komandamız Pley-inə yüksəlmək üçün ilk "altılığ"a düşməli idi.

Qeyd edək ki, qadınlardan ibarət 3x3 basketbol millimiz qrupda keçirdiyi oyunlarda İspaniya (16:18), Fransa (10:15), Almaniya (8:12), Avstraliya (12:21) və Kanada (19:21) millilərinə məğlub olub. Komandamız yalnız ABŞ (20:17) və Çin (21:19) komandalarından üstün olub.



19968 oxunub

InvestAZ