XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Diana Dımçenko: “Bu hələ son deyil”
İdman 14:49 / 03.08.2024

"Bu dəfə üzərimə düşən vəzifənin öhdəsindən sona qədər gələ bilmədim”.

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarını 17-ci pillədə başa vuran idmançımız Diana Dımçenko deyib.

C finalında 2000 metr məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edən idmançımız təmsil etdiyi idman növünün çətinliyindən də danışıb.

"Akademik avarçəkmə idman növü kənardan asan görünə bilər. Lakin mübarizə zamanı bütün diqqətini bir nöqtəyə yönəltmək vacib şərtdir. Startı necə başlamağınfinişə də təsir edir. Təəssüf ki, startı yaxşı başlamadım. 1/4 finalda çox yaxşı idim. Azacıq uğurlu nəticə məni hər zaman irəli səsləyib. Lakin təəssüf edirəm ki, mərhələ səddini keçə bilmədim.Mübarizə zamanıAzərbaycan nümayəndə heyətininvə tamaşaçıların dəstəyini hiss etdim. Etiraf edim ki, mən ölkəmdə, Ukraynada bu qədər ciddi dəstək hiss etməmişdim. Amma bu hələ son deyil. Növbəti Olimpiya Oyunlarınaqədər daha böyük təcrübə toplayıb, mənə göstərilən bu etimadı doğruldacağam”, - deyə Diana Dımçenko bildirib.

Qeyd edək ki, Diana Dımçenko C finalında 2000 metr məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək Paris-2024-ü 17-ci pillədə başa vurub.


20107 oxunub

InvestAZ