XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Sübut etdim ki, rəqibə qarşı hörmətsizlik yaxşı nəticə ilə sona çatmır"
İdman 17:09 / 02.08.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında çinli üzgüçü Pan Zhanle 100 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayıb. Onun bu nailiyyəti Avstraliya və Amerika idmançılarının ürəyincə olmayıb. İdmançı sevincini onlarla bölüşmək istəsə də, rəqibləri ona hörmətsizlik ediblər. "Onlar mənə qarşı çox hörmətsiz davranırdılar. İlk gündə avstraliyalı Çalmerə tərfə getdim, lakin o, amerikalı Aleksi ilə birlikdə mənə məhəl qoymadı. Hətta onlar biz məşq edəndə məşqçimizin üstünə su çiləyirdilər. Bizə yuxarıdan aşağı baxırdılar. Bunun əvəzini onlardan çıxdım. Onları qabaqlayıb, hovuzu qızıl medal və dünya rekordu ilə tərk etdim. Sübut etdim ki, rəqibə qarşı hörmətsizlik yaxşı sona çatmır", - deyə Sports.Ifeng çinli Zhanlenin sözlərindən sitat gətirib.

Çalmers 100 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medal qazanıb.


18482 oxunub

InvestAZ