XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güləşçilərimizin bir hissəsi Parisə yollanıb
İdman 16:45 / 02.08.2024

Güləş üzrə Olimpiya komandamızın bir hissəsibu gün Fransaya yollanıb. Yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 5-də Murad Məmmədov və Sabah Şəriəti, növbəti gün Sənan Süleymanovvə Mariya Stadnik mübarizəyə başlayacaq.Həsrət CəfərovlaRafiq Hüseynov isəavqustun 7-də mübarizəyə başlayacaq.

Qeyd edək ki, Paris Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaqlar.


19431 oxunub

InvestAZ