XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Azərbaycan Olimpiya Evi”ndə Olimpiya çempionları ilə görüş olub
İdman 00:56 / 02.08.2024

Avqustun 1-də Fransanın paytaxtı Parisdə yerləşən "Azərbaycan Olimpiya Evi”ndə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan cüdoçularımızla görüş olub.

Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər.

Görüş zamanı idamnçılarımızı qazandığı parlaq qələbə münasibəti ilə təbrik edən Çingiz Hüseynzadə bunu Azərbaycan idmanının növbəti böyük uğuru kimi qiymətləndirib. O, qeyd edib ki, qazanılan bu uğur növbəti yarış günündə mübarizə aparacaq idmançılarımız üçün də bir stimul olacaq.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionları Hidayət Heydərov və Zelim Kotsoyev alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.


21525 oxunub

InvestAZ