XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zelim Kotsoyevə Paris-2024-ün qızıl medalı təqdim edildi - VİDEO
İdman 21:16 / 01.08.2024

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan cüdoçumuz Zelim Kotsoyevə qızıl medal təqdim olunub. Mükafatlandırma mərasimində idmançımızın qələbəsi şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız dalğalandırılıb.
Qeyd edək ki, Z.Kotsoyev Pyotr Kuçeraya (Polşa), Peter Palçikə (İsrail), Muzaffarbek Turoboyeviyə (Özbəkistan) və İllia Sulamanidzeyə (Gürcüstan) qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olub.

Xatırladaq ki, cüdo yarışlarının üçüncü günündə dünya və Avropa çempionumuz Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycana Paris-2024-ün ilk medalını qazandırmışdır.


23281 oxunub

InvestAZ