XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zelim Kotsoyev: "Azərbaycan xalqı məndən bu qalibiyyəti gözləyirdi"
İdman 20:38 / 01.08.2024

Paris Yay Olimpiya Oyunlarında ölkəmizə 100 kq çəki dərəcəsində qızıl medal qazandıran cüdoçumuz Zelim Kotsoyev qələbə sevincini bölüşüb. Paris-2024-ün qızıl mükafatçısı bildirib ki, bu onun idmançı karyerasındaən böyük nailiyyət kimi qalacaq.

"Həmin yarışlarda əldə etdiyim nailiyyətlər məni daha da ruhlandırmışdı. Sevinirəm ki, Hidayət Heydərovdan sonra növbəti dəfə Azərbaycan bayrağını Fransada dalğlandırmaq mənə də nəsib oldu. Çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun çempion olması da təkan rolunu oynadı. Onun uğuru məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu, baş verdi. Ən böyük təbriki isə ölkə başçısı cənab İlham Əliyevdən aldım. Azərbaycan xalqı məndən bu qalibiyyəti gözləyirdi. Əgər onları sevindirə bildimsə, onlara qələbə həyəcanı yaşada bildimsə, buna görə özümü çox xoşbəxt hesab edirəm. Fürsətdən istifadə edib, bu arenada məni dəstəkləyənlərə də öz təşükkürümü bildirirəm", - deyə Zelim Kotsoyev qeyd edib.



20039 oxunub

InvestAZ