XƏBƏR LENTİ
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024



Paris-2024: Azərbaycan komandası bu gün 3 idman növündə mübarizə aparacaq
İdman 09:01 / 01.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan komandası olimpiadada üç idman növündə mübarizə aparacaq. Mübarizəyə ilk olaraq cüdoçumuz Zelim Kotsoyev başlayacaq. -100 kq çəki dərəcəsində qüvvəsini sınayacaq dünya və Avropa çempionumuz 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq. Cüdo yarışlarına Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Boks yarışlarında isə Alfonso Dominqes rinqə çıxacaq. 92 kq çəki dərəcəsində yarışan boksçumuz 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 19:54-də başlayacaq.

Bu gün həmçinin qadınlardan ibarət 3x3 basketbol millimiz də Paris-2024-də növəti oyunlarına çıxacaq. Ötən gün basketbolun yaradıcıları sayılan ABŞ millisi üzərində 20:17 hesablı qələbə qazanan millimiz bu gün bu uğurun ardını gətirməyə çalışacaq. Yığmamız ilk olaraq Bakı vaxtı ilə saat 14:30-da Fransa, 20:30-da isə Almaniya komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024-də Azərbaycan komandasının 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarnın üçüncü günündə Hidayət Heydərov (-73 kq) qazandırıb.


4856 oxunub

InvestAZ