XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sörfinqçinin fotosu dünyanı heyrətləndirib
İdman 19:15 / 30.07.2024
Bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində braziliyalı sörfçü Qabriel Medinanın yarışda çəkilmiş fotosu dünya mediasının manşetinə çevrilib. Görüntülərdə idmançının taxtası ilə birlikdə sanki yerdən yuxarı qalxdığı görünür. Həmin foto Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında da yer alıb.
"Qabriel Medina və Ana Təbiət "Olimpiya Fotoqrafiyası”nı yaratmaq üçün birləşdilər”, - deyə fotonun altından bu sözlər yazılıb.
Məlumat üçün bildirək ki, yarışın üçüncü raundunun beşinci yarışında o, yaponiyalı rəqibi Kanoa İqaraşidən üstün olub.

19510 oxunub

InvestAZ