XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Hidayət Heydərov qızıl medalın bir addımlığında
İdman 19:17 / 29.07.2024

Cüdo üzrə yığma komandamızın lideri Hidayət Heydərov (-73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. Dünya və Avropa çempionumuz həlledici görüşə vəsiqə uğrunda mübarizədə kosovalı Akil Qjakovla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz Paris-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Cüdoçumuzun həlledici mərhələdəki rəqibi fransalı Benjamin Joan Qaba ilə qarşılaşacaq. Final görüş Bakı vaxtı ilə saat 20:09 başlayacaq.

Xatırladaq ki, cüdoçumuz daha əvvəl Tohar Bitbula (İsrail) və Artur Margelidona (Kanada) qalib gəlib.


23051 oxunub

InvestAZ