XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisi ilə görüş olub
İdman 17:48 / 29.07.2024

Sentyabrda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycan millisi ilə görüş görüş keçirilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, toplantıda yığmanın üzvləri Şəhriyar Məmmədyarov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və kapitan Teymur Rəcəbov iştirak ediblər.

Ölkə xaricində olan Rauf Məmmədov toplantıya videobağlantı vasitəsilə qoşulub.

Olimpiadaya hazırlığın gedişatı və son yarışlardakı nəticələrlə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı bundan sonra da milli komandaya lazımi şəraitin yaradılacağını bildirib. Görüş zamanı fərdi qaydada hazırlaşan şahmatçıların fikirləri dinlənilib, olimpiadayla bağlı mühüm məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində Macarıstanda keçiriləcək. Yarışda Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.



21882 oxunub

InvestAZ