XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Bayraqdarımız olimpiadayla erkən vidalaşdı
İdman 15:15 / 29.07.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir. Boks yarışlarının ikinci günündə komandamızın bayraqdarı Məhəmməd Abdullayev mübarizəyə başlayıb. +92 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/8 finalda Almaniyadan olan Nelvi Raman Tiafakla üz-üzə gəlib. Görüş rəqib idmançının qələbəsi ilə başa çatdığından boksçumuz Paris-2024-də çıxışını başa vurub.

Bu gün axsam seansında boks millimizin daha bir üzvü Malik Həsənov rinqə çıxacaq. İdmançımızın rəqibi gürcüstanlı Laşa Quruli olacaq.

Qeyd edək ki, Azərbaycan komandası Paris Olimpiadasının boks yarışlarında 5 idmançı ilə təmsil olunur.


23197 oxunub

InvestAZ