XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Cüdoçumuz Olimpiya mükafatçısına qalib gələrək növbəti mərhələyə vəsiqə qazandı
İdman 13:54 / 29.07.2024
Azərbaycan komandasının üzvü, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarda ilk görüşünə çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan dünya çempionumuzun ilk rəqibi Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı israilli Tohar Bitbulla olub. Görüşü qələbə ilə başa vuran cüdoçumuz 1/4 finala vəsiqə qazanıb. 
Avqustun 2-dək davam edəcək Paris-2024-ün cüdo yarışlarında Azərbaycan komandası iki qadın və yeddi kişi cüdoçu olmaqla doqquz idmançı ilə təmsil olunur. 
24139 oxunub

InvestAZ