XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Keişa Fatimə Zəhra: Olimpiya Oyunlarında mübarizə apardığıma görə özümlə fəxr edirəm”
İdman 11:58 / 29.07.2024

"Məni dəstəklədiyinə görə, Azərbaycan Badminton Ferderasiyasının rəhbərliyinə, məşqçimə və ailəmə təşəkkür edirəm”.

Bu sözləriParis-2024 Yay Olimpiya Oyunlarının badminton yarışlarında çıxışını başa vuran idmançımız Keişa Fatimə Zəhra deyib.

İlk dəfə Olimpiya Oyunları həyəcanını yaşayan idmançımız bununla fəxr etdiyini bildirib.

"Düzdür, yaxşı oynamadım. Amma bu, pis oynamağım mənasına da gəlməməlidir. Səhv etdim. Lakin planetin ən böyük idman yarışı olan Olimpiya Oyunlarında mübarizə apardığıma görə özümlə fəxr edirəm. Bu, mənim ilk olimpiadam idi. Qalib və ya məğlub olmağıma baxmayaraq, məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə badmintonçumuz qeyd edib.

Qeyd edək ki, bu gün "N" qrupunda ikinci oyununu keçirən Keişa Fatimə Zəhra Böyük Britaniya təmsilçisi Kristi Gilmora0:2 (13:21, 11:21) hesabı ilə məğlub olaraq Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.




20378 oxunub

InvestAZ