XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: cüdoçularımız günü medalsız başa vurdular
İdman 13:33 / 28.07.2024
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarının ikinci günü Azərbaycan idmançıları üçün başa çatıb.
"Şan-de-Mars" Arenada keçirilən yarışda daha iki cüdoçumuz Yaşar Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) tatami üzərinə çıxıb. 
Təmsilçilərimizdən Yaşar Nəcəfov 1/16 final mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız  olimpiada ilə erkən vidalaşıb. 
Komandamızın bayraqdarı Gültac Məmmədəliyevanın (-52 kq) da olimpiadadakı debütü uğursuz alınıb.  Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz Anjelika Delqadoya (ABŞ) məğlub olub. 
Qeyd edək ki, olimpiadanın növbəti günlərində Azərbaycan komandasının daha 5 cüdoçusu tatami üzərinə çıxacaq.
21745 oxunub

InvestAZ