XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Diktorlar Cənubi Koreya yığmasını səhv salıblar
İdman 22:01 / 27.07.2024

Paris- 2024 Yay Olimpiya Oyunlarının açılışmərasimi zamanı diktorlar Cənubi Koreya yığmasını KXDR komandası kimi təqdim ediblər. Cənubi Koreya rəsmiləri bu təqdimata görə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla şəxsi görüş təşkil etməyi xahiş edib. Yonhap agentliyi xəbər verir ki, Cənubi Koreya idmançılarının olduğu qayıq çay boyunca keçərkən diktor bunların KXDR idmançıları olduğunu açıqlayıb. Eyni zamanda televiziyada komandanın adı düzgün göstərilib. Daha sonra KXDR komandası Sena boyunca üzüb və diktorlar onları düzgün təqdim ediblər.

"Biz Xarici İşlər Nazirliyindən Fransaya hökumət səviyyəsində ciddi şikayəti çatdırmağı xahiş etmişik" –deyə Cənubi Koreyanın idman nazirliyi bəyanat yayıb.


25253 oxunub

InvestAZ