XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Paris-2024-dəki təmsilçilərimizin 24 nəfəri Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır
İdman 17:23 / 27.07.2024
Dünən Parisdə açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ölkəmiz 15 idman növündə 48 idmançı ilə təmsil olunur. Onlardan 24-ü Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır. Belə ki, builki Olimpiya oyunlarında İdman Akademiyasının 10 tələbəsi (Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova (bədii gimnastika (qrup hərəkətləri komandası), Yelizaveta Luzan (bədii gimnastika (qrup hərəkətləri komandası), Güllü Ağalarzadə (bədii gimnastika (qrup hərəkətləri komandası), Darya Sorokina (bədii gimnastika (qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev (cüdo), Yaşar Nəcəfov (cüdo) və 14 məzunu (Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov (boks), Murad Allahverdiyev (boks), Məhəmməd Abdullayev (boks), Əliabbas Rzazadə (sərbəst güləş), Hacı Əliyev (sərbəst güləş), Turan Bayramov (sərbəst güləş), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Rafiq Hüseynov (yunan-Roma güləşi), Hidayət Heydərov (cüdo), Leyla Əliyeva (cüdo),Gültac Məmmədəliyeva (cüdo)) iştirak edir.
Olimpiya təmsilçilərimizə uğurlar arzulayan Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələrimizin Olimpiya oyunlarındaki iştirakı ilə bağlı bildirib ki, Azərbaycan İdman Akademiyası olaraq tələbələrimizin həm idman, həm də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyuruq. Bizim məqsədimiz gənclərimizin yüksək səviyyəli idmançılar və savadlı vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir. Bu yolda hər bir tələbə və məzunumuza uğurlar və qələbə sevinci yaşamağı arzu edirik.

3385 oxunub

InvestAZ