XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiadanın açılışı zamanı güclü yağış proqnozlaşdırılır
İdman 17:41 / 26.07.2024

Fransalı meteoroloq Patrik Marlier Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı paytaxtda güclü yağışın gözlənildiyini bildirib. "Yağışın yağacağı qaçılmazdır. Səhərdən başlayan yağış axşam saatlarında da arta bilər.

Biz 25-30 mm-ə qədər yağıntı gözləyirik. Müqayisə üçün qeyd edək ki, bu, cəmi bir neçə saat ərzində 15 günlük yağıntıya bərabərdir”, - RMC Sport Marlierin sözlərindən sitat gətirir.

Məlumat üçün bildirək ki, 2024-cü il Olimpiadasının açılış mərasimi Sena çayında təşkil ediləcək. İdmançıların paradı qayıqlarda mərasimin yekun şousunun planlaşdırıldığı Austerlitz körpüsündən Trocaderoya qədər 6 kilometrlik marşrut boyunca nəzərdə tutulub.

Oyunların açılış mərasimi bu gün Bakı vaxtilə ilə saat 21:30-da başlayacaq.


24788 oxunub

InvestAZ