XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya kəndində qida çatışmazlığı yaranıb
İdman 14:48 / 25.07.2024
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar Olimpiya kəndində qida çatışmazlığından şikayətləniblər. Bu barədə LEquipe nəşri məlumat yayıb. Bildirilir ki, təşkilatçılar qida rasionunun hamı üçün kifayət qədər olmasını qeyd ediblər. İdmançılar daha çox toyuq yumurtası və digər məhsulların çatışmazlığından narazıdırlar. Restoran meneceri Sodexo Live bu şikayətə münasibət bildirərək qeyd edib ki, idmançıların rəyləri izlənilir. Oyunlar zamanı qida tədarükünə cavabdeh olan "Carrefour" şirkəti də açıqlama verib ki, qida istehlakı ilə bağlı ilkin hesablamalardan sonra tədarük həcmi artırıla bilər.
Qeyd edək ki, bu, Olimpiya kəndi ilə bağlı ilk şikayət deyil. Belə ki, İsveç millisinin həndbolçuları balıq torlarından hazırlanmış döşəklərdən narazı idilər.

24087 oxunub

InvestAZ