XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Danimarka olimpiadaya qələbə ilə başladı
İdman 13:20 / 25.07.2024
İyulun 25-də Paris-2024 Yay Olimpiya oyunları çərçivəsində həndbol üzrə ilk turun görüşlərinə start verilib. Reqlamentə əsasən Olimpiadada qadın həndbolçular hər biri altı komanda olmaqla iki qrupa bölünür. A qrupunda Danimarka, Almaniya, Norveç, İsveç, Sloveniya və Cənubi Koreya, B qrupunda isə Fransa, Macarıstan, İspaniya, Niderland, Anqola və Braziliya yığmaları mübarizə aparacaq. Artıq günün ilk matçında yekun nəticə qeyəd alınıb. Sloveniya yığması Danimrka ilə görüşdə məğlubiyyətlə üzləşib.
Məlumat üçün bildirək ki, hər qrupdan ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Paris-2024: Həndbol (qadınlar)

Saat: 11:00. Sloveniya - Danimarka -19:27
Saat:12:00. Niderland - Anqola
Saat: 16:00. İspaniya - Braziliya -
Saat: 17:00. Almaniya - Cənubi Koreya
Saat: 21:00. Macarıstan - Fransa
Saat: 23:00. Norveç - İsveç

25581 oxunub

InvestAZ