XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Judo Club 2012"nin cüdoçuları uğurlarını davam etdirirlər
İdman 12:04 / 25.07.2024
İyulun 24-də Sağan Olimpiya İdman Kompleksində kişilər arasında ACF turunun üçüncü turniri keçirilib.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında keçirilən yarışda 100-ə yaxın cüdoçu 7 çəki dərəcəsində qüvvəsini sınayıb. Sevindirici haldır ki, turnirdə mükafatçılar sırasında "Judo Club 2012"nin cüdoçuları da yer alıblar. Belə ki, klubun yetirmələrindən Hüseyn Allahyarov -60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər təmsilçisi Vidad Əliyev isə -100 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. 
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, yarış təcrübəsinin artırılması, eyni zamanda istedadlı idmançıların aşkar olunması və milli komandaya cəlb edilməsidir. 
Bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar həmçinin beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaqlar. 

20684 oxunub

InvestAZ