XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Mərakeş, Yaponiya və Yeni Zelandiya olimpiadaya qələbə ilə başladı  - FOTO
İdman 09:39 / 25.07.2024

İyulun 24-də Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarınafutbol oyunları ilə start verilib. İlk tur çərçivəsində səkkiz qarşılaşma təşkil olunub. Gərgin mübarizə ilə başlayan futbol turnirində maraqlı nəticələr qeydə alınıb. 8 görüşün cəmi bir qarışlamasında qapılardan top keçməyib. Belə ki, Misir- Dominikan Respublikası matçında tablodakı sıfırlar dəyişməyib. Ev sahibləri ABŞ yığmasının qapısından üç cavabsız top keçirib. Əsas vaxta 16 dəqiqə əlavə olunan Argentina- Mərakeş matçında isə Afrika təmsilçiləri qələb qazanıblar. Yaponiya millisi isə Paraqvay yığmasını 5 dəfə mərkəzə dəvət edib.

"Olimpiyadunyasi.com" ilk turun nəticələrini təqdim edir.


24 iyul

A qrupu

Qvineya U23 - Yeni Zelandiya U23 - 1:2.

Fransa U23 - ABŞ U23 - 3:0.


B qrupu

Argentina U23 - Mərakeş U23 - 1:2.

İraq U23 - Ukrayna U23 - 2:1.


C qrupu

Özbəkistan U23 - İspaniya U23 - 1:2.

Misir U23 - Dominikan Respublikası U23 - 0:0.


D qrupu

Yaponiya U23 - Paraqvay U23 - 5:0.

Mali U23 - İsrail U23 - 1:1.


19534 oxunub

InvestAZ