XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İsmayıllıda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib 
İdman 10:06 / 23.07.2024

İsmayıllı Olimpiya İdman Kompleksində Vətən Müharibəsi şəhidləri Orxan Lətifli, Tural Şıxızadə və Elnur Qədirlinin xatirəsinə həsr olunmuş 2013- 2015-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə İsmayıllı rayon açıq turniri keçirilib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Cüdo Federasiyasının və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra dövlət himnizimizin sədaları altında tədbir açıq elan edilib.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon İcra Hakimiyyətinin rəsmiləri Nəsimi Teymurov, Əfqan Səlimov, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Ağayar Axundzadə, şahid valideyinləri və digər qonaqlar iştirak edib. Natiqlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin apardığı həm daxili həm də xarici siyasətdən söz açaraq bildiriblər ki, 44 günlük Vətən Müharibəsində igid vətən oğullarının sayəsində torpaqlarımız azad edilib. 
Sonda çıxışçılar idmançılara uğurlar arzulayıblar. Yarışın sonunda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif olunublar.



20041 oxunub

InvestAZ