XƏBƏR LENTİ
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib
İdman 20:50 / 17.07.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının yolasalma mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan gənclər və idman naziri Fərid Qayıbov idmançıların ilk dəfə olimpiadaya suveren, ərazi bütövlüyü bərpa olunmuş ölkənin təmsilçiləri kimi yollanacağını bildirib. O, Olimpiya Oyunlarında iştirak edəcək idmançıların hamısından uğur gözlədiyini vurğulayıb.

Daha sonra şəhidlərin və vəfat edən idman adamlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycanın Paris-2024-dəki bayraqdarları açıqlanıb. Yarışda bu funksiyanı cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Azərbaycan təmsilçilərinin Olimpiya Oyunları üçün xüsusi dizaynla hazırlanmış vahid idman forması təqdim olunduqdan sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılış mərasimi iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.


18135 oxunub

InvestAZ