XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Paris-2024-ə lisenziya qazanan olimpiyaçılarımızla bağlı tədbir keçirilib
İdman 21:43 / 15.07.2024
İyulun 15-də "Sea Breeze"də yerləşən "Costa Coffee" məkanında Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının məğrur tərəfdaşı VISA-nın dəstəyi ilə  Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi və əyləncəli tədbir keçirilib. 
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, VISA-nın Azərbaycan üzrə baş direktoru Nurlan Hacıyev, Olimpiya çempionları, Paris-2024 Yay Oyunlarına lisenziya qazanan idmançılar və idman ictimaiyyətinin  nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Parisə yollanacaq idmançılara uğurlar arzulayıb. Qeyd edib ki, lisenziya qazanan atletlərimiz onlara bəslənilən ümidləri doğruldacaq, bayrağımızı fəxri kürsüdə qürurla dalğalandıracaqlar. 
"Biz Parisə böyük komanda ilə yola düşürük. Olimpidaya 48 nəfər idmançı ilə yollanırıq. Sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan komanda idman növündə də təmsil olunacaq. İnanıram ki, Paris Olimpiadasında qazanılan medallarımızın sayı əvvəlki illərdən fərqlənəcək. Düşünürəm ki, atletlərimiz Vətənə ən azı 9-10 medalla dönəcəklər", - deyə Çingiz Hüseynzadə bildirib. 
Nurlan Hacıyev çıxışında idmançılarımızın Paris-2024-ə qədər böyük bir yol keçdiyini qeyd edib: "Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının böyük arzusudur. Əziz idmançılarımız, siz bu arzuya çatmısınız. Məlumat üçün bildirim ki, VİSA şirkəti 1986-ci ildən etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Bu əməkdaşdaşlıq 2032-ci ilə qədər davam edəcək. Biz 2023-cü ildən Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşıyıq. İnanıram ki, idmançılarımız üçrəngli bayrağımızı Parisdə dədalğalandıracaqlar. Biz sizə inanırıq". 
Tədbirdə Azərbaycan Dövlət Reklam Agentliyi, "Paşa Holdinq"in tərkibində "Paşa Malls" şirkəti, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif yerlərində yayımlanan, idmançılarımızı bütün ölkəyə tanıdan videoçarx nümayiş etdirilib. 
Tədbirdə VISA şirkəti tərəfindən idmançılara hədiyyələr verilib.
Mərasim rəsmi hissədən sonra əyləncəli proqramla davam edib. 
İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. 



3941 oxunub

InvestAZ