XƏBƏR LENTİ
22 İyul 2024
19 İyul 2024
17 İyul 2024
16 İyul 2024
15 İyul 2024
12 İyul 2024
11 İyul 2024
10 İyul 2024
09 İyul 2024
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024



Azərbaycanlı ağırlıqqaldıranlar Norveçdə bayrağımızı dalğalandırdılar
İdman 11:53 / 21.06.2024

Norveçin Haugesund şəhərində veteranlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. İyunun 15-də start götürən yarışda Azərbaycan idmançısı Eldar Məmmədov uğurla çıxış edərək Avropa çempionu adına layiq görülüb.109 kq çəki dərəcəsində mübarizə aparan veteran idmançımız ümumilikdə 245 kq (110 kq + 135 kq) ağırlığı ram edərək bu titula yiyələnib.

Almaniyada yaşayan həmyerlimiz Natiq Həsənov dayarışda mükafatçılar sırasında yer alıb. Belə ki, M3 katerqoriyası üzrə 89 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ümumilikdə 243 kq (105 kq +138 kq) çəkinin öhdəsindən gələrək gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Natiq Həsənov Olimpiya kateqoriyalı hakim Vahid Nəzərovun tələbəsidir.


2736 oxunub

InvestAZ