XƏBƏR LENTİ
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
İdman 15:43 / 10.06.2024

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Binə Atçılıq Mərkəzində keçirilən tədbirdə ARAF-ın birinci vitse-prezidenti Bəsirət Quliyev ölkədə atçılığın inkişafı və güclü idmançıların yetişdirilməsi baxımından yarışın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanda keçirilən mötəbər turnirlər milli at cinslərinin dünya miqyasında tanınmasında və çövkənin təbliğatında böyük rol oynayır. Vitse-prezident iştirakçı ölkələrin dünya çempionatında idman, dostluq, sülh nümayiş etdirəcəklərinə inandığını diqqətə çatdırıb.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev isə çövkənin yalnız idman növü deyil, qədim tariximizin bir parçası olduğunu vurğulayıb. Rəsmi çıxışlardan sonra dünya çempionatı açıq elan olunub.

Sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Bədii hissə ilə davam edən mərasimdə iştirakçı komandaların atlı paradı baş tutub.

Daha sonra Azərbaycan və Qazaxıstan komandaları arasında açılış qarşılaşması start götürüb.

Qeyd edək ki, 10 ölkədən komandaların iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.


1521 oxunub

InvestAZ