XƏBƏR LENTİ
22 İyul 2024
19 İyul 2024
17 İyul 2024
16 İyul 2024
15 İyul 2024
12 İyul 2024
11 İyul 2024
10 İyul 2024
09 İyul 2024
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024



Milli Olimpiya Komitəsində görüş olub
İdman 15:37 / 03.06.2024

İyunun 3-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin və BKF-nin təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı layihəsi çərçivəsində Böyük Britaniyadan ölkəmizə səfər edən avarçəkmə üzrə xarici ekspert Aleksandr Nikonorovla görüş olub.

Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşdə  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, federasiyanın baş katibi Fərhad Əliyev, MOK-un Beynəlxalq Proqramlar idarəsinin müdiri Mehman Kərimov və Beynəlxalq Proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov iştirak ediblər.

Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə, xüsusilə də Mingəçevirdə avarçəkmənin inkişafı üçün baza olduğunu qeyd edib.

Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlər arasında mövcud idman qurğularının bərpasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən Çingiz Hüseynzadə bu gün "Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara cavab verdiyini bildirib.

"1998-ci ildə Milli Olimpiya Komitəsinin formalaşdığı bir dövrdə Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər etmişdi. Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, mən və Ağacan Abiyev var idi. Həmin görüşdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç Azərbaycanda avarçəkmə idman növü ilə məşğul olmaq üçün gözəl idman qurğusunun olduğunu bildirmişdi. BOK prezidenti Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris - İdman Mərkəzini nəzərdə tuturdu. O, həmin bazaya mütəxəssis də göndərmişdi. Bu gün Mingəçevir avarçəkmə üzrə beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Buradakı şərait yüksək səviyyədədir və bir sıra yığma komandalar təlim-məşq toplanışlarını "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirlər. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək avarçəkənlər də yetişdirə biləcəyik”.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov ölkəmizdə avarçəkmə idman növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Federasiya rəhbəri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar arasında avarçəkənimiz Diana Dımçenkonun da yer aldığını qürurla qeyd edib.

Son illər Suqovuşanda və Mingəçevirdə beynəlxalq yarışların uğurla təşkil olunduğunu bildirən Vüqar Əhmədov gələcəkdə Lənkəranda və Qazaxda avarçəkmə idman növünün inkişafı üçün şərait yaradılacağını diqqətə çatdırıb.

Səmimi söhbət zamanı avarçəkmə idman növünün inkişafına göstərdiyi dəstəyə görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən federasiya rəhbəri yaxın vaxtlarda "Sea Breeze”də dəniz avarçəkməsi üzrə məşqlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

MOK-un baş katibi Azər Əliyev son illərdə avarçəkmə idman növünə böyük marağın olduğunu bildirib. Mingəçevirdə təbii infrastrukturun formalaşdığını deyən MOK-un baş katibi burada avarçəkmə idman növünün inkişafı üçün mövcud imkanların olduğunu vurğulayıb.

Azər Əliyev onu da diqqətə çatdırıb ki, avarçəkmə təkcə Mingəçevirdə deyil, respublikamızın digər bölgələrində də inkişaf etdirilir. Azər Əliyev bu cür mütəxəssislərin ölkəmizə səfərinin və yerli məşqçilərlə görüşünün ölkəmizdə avarçəkmə idman növünün inkişafına təkan verəcəyini deyib.

Azərbaycanda olmaqdan məmnun olduğunu deyən Aleksandr Nikonorov karyerası ərzində bir sıra yığma komandaların heyətində məşqçi kimi çalışdığını, əsas uğurlarını İngiltərədə qazandığını bildirib. Bu idman növünün müasirləşməyə doğru addım atdığını vurğulayan mütəxəssis bunun üçün məşqçilərlə görüşlərin əhəmiyyətindən danışıb. Dünyada bu idman növü üzrə böyük rəqabətin hökm sürdüyünü diqqətə çatdıran mütəxəssis burada yerli məşqçilərlə görüşüb, onlarla təcrübə mübadiləsi aparmaq istədiklərini də deyib.


3088 oxunub

InvestAZ